...

Kürün Tovuz rayonu ərazisindən keçən hissəsində boğulan gənclərin cəsədləri tapılıb

Cəmiyyət Materials 25 İyul 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisində iyulun 20-də Kür çayında boğulan iki gəncin cəsədi tapılıb. Bu barədə çərşənbə günü Tovuz Rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov məlumat verib.

Onun sözlərinə görə, boğulanların cəsədləri çayın axarsız hissəsində suyun səthinə çıxıb.

Boğulanlar 1976-cı il təvəllüdlü Rövşən Rza oğlu Rzayev və 1974-cü il təvəllüdlü Azər Mirzə oğlu Mirzəyevdir.

Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti