...

Azərbaycanın "Qarabağ" futbol klubu növbəti mövsüm üçün heyətini müəyyən edib

Cəmiyyət Materials 25 İyul 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend mübir Z.Səfərov/ Türkiyədə məşqlərdən qayıdan "Qarabağ" futbol klubu iyulun 25-də Azərbaycan çempionatına hazırlığın son mərhələsinə başlayır.

Ağdamlıların rəsmi saytlarına istinadən Trend xəbər verir ki, məhz bu gün komanda tam heyətlə toplaşaraq Rasim Qaranın rəhbərliyi altında məşqlərə başlayacaq.

Eyni zamanda komanadanın heyətinə Bosfor sahillərində keçirilən təlimlərdə yaxşı təəssürat oyadan Liberiyalı yarımmüdafiəçi İsaak Pupo da qatılıb və o, yeni mövsümdə "Qarabağ"ın şərəfini qoruyacaq. Bundan əlavə, öz vətənlərinə gedən, ağdamlıların əsas oyunçuları hesab olunan Qoqa və İrakli Bera qardaşları da qayıdır.

Ölkə çempionatı başlayana qədər klubun Azərbaycanın gənclər yığması (U-19) ilə oyun keçirməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti