...

Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri DAK-ın bütövləşməsi ideyasını alqışlayır

Cəmiyyət Materials 26 İyul 2007 14:01 (UTC +04:00)
Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri DAK-ın bütövləşməsi ideyasını alqışlayır

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləməsi ideyasını alqışlayır və bütün azərbaycanlıları vahid ideologiya ətrafında birləşməyə çağırır. Bu barədə Azəri özü yaydığı bəyanatında bildirir.

O qeyd edir ki, ikiyə parçalanmış diaspor təşkilatının birləşməsi ideyası hamının istəyidir. Xanım Azəri bildirir ki, xaricdə yaşayan azərbaycanlıların üzərinə Azərbaycan xalqını, dövlətini yüksəltmək, onun həqiqətlərini yaymaq, haqlarını qorumaq vəzifəsi düşür.

"Müstəqil Vətənimizin bayrağı xaricdə hər yerdə dalğalanır. Bunun mənim üçün çox böyük dəyəri var. Əgər biz bir yerdə olmasaq, birlikdə çalışmasaq, öz-özümüzlə dalaşmaqdan başqa heç nəyə nail ola bilmərik. Biz bir-birimizlə dalaşarkən isə düşmənlərimiz bizə qarşı daha sürətlə fəaliyyətə keçirlər. Bu gün qardaş Türkiyəyə qarşı edilənlərdən ibrət götürməliyik" -deyə Amerika-Azərbaycan Cəmiyyətinin sədri vurğulayıb.

Xanım Azəri çağırışında bildirib ki, Azərbaycan naminə bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini görmək arzusundadır.

DAK-da təmsil olunmuş "Belçika Azərbaycan Evi"nin rəhbəri Bülənt Gürcam

isə mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, bir-biri ilə münaqişəsi olan şəxslər DAK adından imtina etməlidirlər. Yenidən şəxsi didişmələrin başlanmaması üçün DAK adından əl çəkərək öz çevrələrində qurumlar yaradıb, şəxsi problemlərini bu müstəvidə həll etməlidirlər.

Xatırladaq ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, xüsusilə də Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır. 1995-ci ildə təşkilatda parçalanma baş verib. Konqresi tərk edən qrup hazırda birləşmə məsələsini gündəmə gətirib.

Xəbər lenti

Xəbər lenti