...

Xalq artisti Yaşar Nuri: "Teatrlarda bədii əsərlərin sayı azalıb"

Cəmiyyət Materials 26 İyul 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /müx. TrendLife Günel Əhmədova/Müasir Azərbaycan teatrı çoxsaylı problemlərinin həllini tədricən geridə qoymağa çalışır. Lakin bina, aktyor və səhnə atributları sarıdan hələ də çətinlik çəkən bəzi teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışlarını davam etdirir. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bu günkü reallığa uyğun əsərlərin olmadığını vacib problem olaraq önə çəkirlər.

Lakin həmkarlarından fərqli olaraq xalq artisti Yaşar Nuri TrendLife-ın müxbiri ilə söhbətində radio və televiziyadakı bədii əsərlərin sayının azlığından şikayət etdi: "Ötən illərdə teatrdan çox kinoda müəyyən problemlər mövcud idi ki, artıq bunların müəyyən qismi müsbət həllini tapır. İndi bunlardan çox radio və telekanallarda bədii əsərlərin sayı azalıb. Sovet dövründə belə idi ki, aktyorlar bu sahədə də çalışırdılar. Yəni, yazarlarla bir araya gəlib meydana dəyərli məhsul çıxara bilirdilər. Lakin bu gün yazarlara ödənilən qonorar kifayət etmədiyindən səhnə əsəri yazmaqdan imtina ediblər. Hazırda teatrların problemi daha çox bu məsələ ilə bağlıdır".

Məlumatlara görə, son zamanlar tearlara gələn aktyorların səviyyəsi arzuolunan deyil. Bu fikirlə razılaşan Yaşar Nuri hesab edir ki, onların arasında yaxşıları da var. Ancaq 30 ilin aktyorunun madii vəziyyətinə baxanda onların da həvəsi ölüb, deyən həmsöhbətim "Bir var, yolçuya baxıb yolçuluğu öyrənəsən, bir də var, alimə baxıb alimlik etmək istəyəsən. Gərək bu sahədə çalışanların maddi vəziyyəti yaxşı olsun ki, gənclərdə də həvəs yaransın" - dedi.

Xəbər lenti

Xəbər lenti