...

Azərbaycanlı voleybolçular Qubada təlim-məşq toplanışını başa vurmaq üzrədirlər

Cəmiyyət Materials 26 İyul 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması mövsümün ikinci yarısındakı yarışlara hazırlıq çərçivəsində Qubada keçirdiyi təlim-məşq toplanışını yekunlaşdırmaq üzrədir.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin bildirdiyinə görə, həftəsonu Qubadakı məşqlər yekunlaşacaq və komanda Bakıya dönəcək. Sonra yığmanın məşqçilər korpusu mötəbər yarışlara hazırlığa korrektələr edəcək. Bunların arasında Heydər Əliyev Kuboku, Avropa Qran-Prisi və qitə birinciliyi var. O da istisna deyil ki, Heydər Əliyev Kubokunadək komanda xaricə təlim-məşq toplanışına yollansın.

Xatırladaq ki, ötən ay yığmamız Rusiyanın birinci prezidenti Boris Yeltsinin kubokunda çıxış edib. Yekaterinburq və Nijni Taqildə keçən turnirdə komandamız altıncı yeri tutub.

Xəbər lenti

Xəbər lenti