...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 27 İyul 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi mülki və eyni zamanda şahid qismində keçən şəxslərin dindirilməsi ilə davam edib.

Əvvəlcə səhiyyə obyektlərinin özəlləşdirilməsi ilə bağlı şahid ifadələri dinlənilib. Dövlət Əmlak Komitəsinin hüquqi nümayəndəsi məhkəmənin nəzərinə çatdırıb ki, səhiyyə obyektləri yalnız prezidentin sərəncamı ilə özəlləşdirilə bilər. Lakin vəkillər Fuad Ağayev və Yunis Vəliyev hüquqi nümayəndənin bu arayışı ilə razılaşmadıqlarını söyləyiblər. Vəkillər bildiriblər ki, cinayət işində qanunsuz özəlləşdirilməsindən söhbət gedən səhiyyə obyektləri əslində Səhiyyə Nazirliyinin balansında olmayıb. Bu obyektlər ərazi üzrə Mənzil-İstismar İdarəsi Təsərrüfat Birliyinin balansında olub və Səhiyyə Nazirliyinə icarəyə verilib. Səhiyyə Nazirliyi uzun illər həmin obyektlərə görə icarə haqqı ödəmədiyindən mənzil-istismar idarəsi İqtisadi İnkişaf Nazirliyinə və Səhiyyə Nazirliyinə bir neçə dəfə müraciət edib. Səhiyyə Nazirliyi borcu ödəmək imkanı olmadığını göstərib və icarə müqaviləsi pozulub. Bundan sonra həmin obyektlər özəlləşdirilməyə çıxarılıb ki, bu da tam qanunidir.

Məhkəmə şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti