...

Şəkiyə içməli suyun verilməsi dayandırılıb

Cəmiyyət Materials 27 İyul 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəki şəhərinə artıq üç gündür ki, içməli su verilmir. Buna səbəb su elektrik stansiyasını qidalandıran boru kəmərində aparılan təmir işləridir. Şəki şəhər Bələdiyyəsinin sədr müavini Aydın Xəlilov cümə günü bildirib ki, şəhərin 80%-ni içməli su ilə təmin edən baş su kəməri məhz elektrik stnasiyasından su götürür və kəmərdə 1936-cı ildən bəri irimiqyaslı təmir işləri aparılmayıb.

"Hazırda stansiyanın yenidən qurulması layihəsi çərçivəsində texniki tələblərin yerinə yetirilməsi üçün turbinlərin sugətirici təzyiq borusunun üzərində olan üç temperatur kompensatorunun təmiri başlanılıb. Onlardan 85 və 170 metr hündürlükdə olan kompensatorların təmiri başa çatıb. İndi 264 metr hündürlükdə olan kompensatorun təmiri aparılır. Təmir işləri aparıldıqdan sonra Almaniyadan gətirilən yeni turbin generatorların quraşdırılmasına başlanılacaq" - deyə Xəlilov əlavə edib.

Şəki su elektrik stansiyasının yenidən qurulmasını "General Construction" şirkəti həyata keçirir və investor bu günə qədər 1 mln. 500 min manatdan artıq vəsait qoyub.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti