...

AFFA Azərbaycan çempionatının sxemini müəyyən edib

Cəmiyyət Materials 27 İyul 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ AFFA püşkatması iyulun 30-da baş tutacaq və bu zaman qarşıdakı Azərbaycan çempionatının müəyyən edilmiş keçirilmə sxemi təsdiq ediləcək.

Yarışmaların keçirilməsi üzrə departamentin rəhbəri Məlik Həsənovun verdiyi məlumata görə, hər bir yarışma həftəsi xarici ölkələrdə keçirilən çempionatlarda olduğu kimi bir birincilik mərhələsindən ibarət olacaq. Orta həftələrdə keçiriləcək kubok görüşləri isə istisna təşkil edəcək.

"Birinciliyin ilk dairəsi dekabrın 2-də başa çatacaq, bundan sonra isə fevralın 16-na qədər fasilə elan olunacaq və məhz elə bu tarixdə də yarışma bərpa olunacaq. İkinci dairə fevralın 6-da keçiriləcək ölkə yığmasının dostluq görüşündən əvvəl baş tutacaq" - deyə Həsənov bildirib.

O həmçinin qeyd edib ki, milli yığmaya futbolçular məsuliyyətli oyunlardan bir həftə əvvəl cəlb olunacaqlar.

Xəbər lenti

Xəbər lenti