...

"Sülh Korpusu"nun könüllüləri Sumqayıtda təlim keçəcəklər

Cəmiyyət Materials 27 İyul 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /müx.TrendLife Teymur Vəliyev/Amerika Birləşmiş Ştatlarının Sülh Korpusu ("Peace Corps") təşkilatının könüllüləri ötən il olduğu kimi bu il də Sumqayıt şəhərinin bir neçə dövlət, qeyri-dövlət və kommersiya strukturlarında yerli təcrübənin öyrənilməsi məqsədilə təlim keçəcəklər. Qeyd edək ki, "Sülh Korpusu"nun könüllülərindən ibarət 55 nəfərlik yeni qrup artıq iyun ayının 27-dən Azərbaycandadır. Onlar sentyabrın 12-dək Sumqayıt şəhərində və Abşeron rayonunda yerləşən qəsəbələrdəki, yaşayış massivlərindəki azərbaycanlı ailələrdə yerləşdiriliblər. Bu dəfəki könüllülər qrupu təhsil, iqtisadi inkişaf və gənclər məsələləri üzrə ixtisaslaşıblar. Təlim proqramına əsasən, təşkilat üzvləri bu həftədən etibarən 3 həftə ərzində Sumqayıt şəhərinin müxtəlif idarə və təşkilatlarında - Sumqayıt şəhər İcra Hakimiyyətində, Sumqayıt bələdiyyəsində, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində, "Bismak" MMC-də və bir neçə qeyri-hökumət təşkilatında təcrübə keçəcəklər. Sentyabrın 12-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersinin iştirakı ilə könüllülərin andiçmə mərasimi keçiriləcək və onlar 2 il müddətinə Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcəklər.

Xəbər lenti

Xəbər lenti