...

Müxalifyönlü blokun sədrliyinə iddialı olan namizədlər müəyyənləşib

Cəmiyyət Materials 27 İyul 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / "Bizim Azərbaycan" Blokunun sədrliyinə növbəti bir il müddəti üçün iki namizəd müəyyənləşib. Bu barədə cümə günü Bakıda "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Sədrlər Şurası sədrliyə TMP başqanı, bloka hazırda sədrlik edən Vüqar Bəyturanın və Azad Azərbaycan Partiyasının sədri, blokun Məclis sədri Həsən Həsənovun namizədliklərini təsdiqləyib.

"Bizim Azərbaycan"nın mətbuat xidmətindən verilən məlumata görə, blokun Məclisinin toplantısı iyulun 29-dan avqustun 12-nə tarixə salınıb. Blokun sədr seçkisi avqust 25-də Sədrlər Şurasının toplantısında keçiriləcək. Müxalifətyönlü blokda hazırda 8 partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti