...

Sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsi sədrinin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 28 İyul 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri, sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbovun işi Sumqayıt şəhər məhkəməsinə göndərilib. Bu barədə şənbə günü Bakıda Rizvan Talıbovun vəkili Telman Novruzzadə məlumat verib.

Vəkil qeyd edib ki, Sumqayıt şəhər prokuroru Talıbovun işi üzrə ittiham aktını imzalayıb.

"Həlilik işə hansı hakimin baxacağı və məhkəmə prosesinin vaxtı müəyyənləşdirilməyib. Qarşıdakı həftə ərzində bu məsələlər dəqiqləşəcək" - deyə Novruzzadə əlavə edib.

Talıbov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb. Talıbov hazırda Şüvəlan müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti