...

Səkkiz ölkənin şahmatçıları Bakıda beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 28 İyul 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Səkkiz ölkədən olan qadın şahmatçılar sentyabrın 2-12-də Bakıda keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Milli Federasiyadan Trend ə verilən xəbərə görə, yarışda Polşa, Gürcüstan, Ukrayna, Hindistan, Bolqarıstan, İsveç, Latviya və Azərbaycan qrossmeysterləri iştirak edəcək. Yarış iştirakçıları dairəvi sistemlə oynayacaqlar. Onun nəticələrinə əsasən qalib və mükafatçılar müəyyən ediləcək. Gözlənilir ki, respublikanı bu turnirdə dünya çempionatına vəsiqə qazanmış İlahə Qədimova və digərləri təmsil edəcək.

Qeyd edək ki, bir neç il əvvəl şahmat turniri Şəkidə keçirilib. Bu turnirin təşkilatçılığı yüksək qiymət alıb.

Xəbər lenti

Xəbər lenti