...

Müğənni Günel Ələkbərova: "Nəsə gizlətməli olsaydım, xarici maşında gəzib, hər ay klip çəkdirərdim"

Cəmiyyət Materials 30 İyul 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı / O, çox gözəl və cazibədardır. Lap əsl pişikdir. Onun həm də gözəl səsi var. Qısası o, heç də digər ulduzlardan pis oxumur. Ancaq düzünü desəm, o, həqiqətən gözəldir. İndi isə görün biz onunla nələrdən danışdıq.

- Sən özünü şou-biznes aləmində necə hiss edirsən?

- Əla. Demək olar ki, bomba!

- Heç kim burda səni incitmir?

- Yox. İncitmək istəyirdilər, lakin alınmadı.

- Nəyə görə alınmadı?

- Yəqin ona görə ki, mən güclü rəqibəm (Gülür). İstəyirdilər diskimi korlasınlar. İndi isə sakitləşiblər.

- Bəs bunları kim etmək istəyirdi?

- Tanınmış müğənnilərdən biri. O, öz prodüsseri ilə dalaşıb, ayrılandan sonra prodüsseri mənə hər şeyi danışdı.

- Sən hələ prodüsserin Zaur Kamalla ayrılmamısan? Düşünmürsən ki, nə vaxtsa sən də prodüsserinlə ayrılsan, bütün günahlarını açıb tökər?

- Deyəcək bir şey yoxdur. Mən heç bir günah eləməmişəm.

- Yəni elə bir şey yoxdur ki, sonra ona görə xəcalət çəkəsən?

- Elə bir şey yoxdur. Nəsə gizlətməli olsaydım, mən də küçədə maşınla gəzib, hər ay bir klip çəkdirərdim.

- Yeri gəlmişkən, "Qısqanıram" klipindən sonra səni pişik adalndırmağa başladılar. Görünür bu adla sən çox razısan...

- Əvvəllər məni "Pişik-Günel" adlandıranda xoşuma gəlmirdi. Sonradan xoşuma gəlməyə başladı...

- Ay sağ ol. Necə ki, xalq "elit-star", "meqa-star", "qızıl səs", "qızıl şlyager" adlarını estrada nümayəndələrimizə verir. İndi şou-biznesdə yalnız Aftandil İsrafilovu düzgün adlandırıblar, "qızıl barmaq". Nədənsə sən isə "pantera", "drakon" yolu gedirsən...

- Sadəcə pişik - müqəddəs heyvandır. Məni elə adlandıranda heç bir pantera haqda heç nə eşitməmişdim. Həm də pişiklər elə şirindirlər ki, ona görə xoşuma gəldi.

- Bax mən bu barədə səninlə razıyam. Şirin olmağına sən də şirinsən. Kimə oxşamısan, atana, yoxsa anana?

- Məni utandırmayın. Bilmirəm kimə oxşamışam.

- Sənin cazibədar olmağına baxmayaraq, elə insan varmı ki, desin "Mən ona nifrət edirəm"?

- Bir az fikrə getdi... Əlbəttə var. Üzümə gülsələr də, ürəklərində nifrətlə fikirləşənlər çoxdur.

- Sonuncu sualımız. Müğənni var ki, qulaq asırsan, müğənni var ki, gözəlliyinə baxırsan. Hər iki cəhətin bir yerdə olmağı isə daha azdır. Sənə ancaq baxanda qıcıqlandırmır ki?

- Düşünmürəm ki, mənə ancaq baxırlar. Əlbəttə, demirəm ki, super oxuyanam. Ancaq mənim də öz dinləyicilərim var.

- Allah eləsin gün-gündən onların sayı çoxalsın. İllər keçsə belə, şou-biznes aləmindən silinməyəsən.

- Arzularınıza görə çox sağ ol.

Xəbər lenti

Xəbər lenti