...

Azərbaycanlı voleybolçular lisenziya uğrunda mübarizəyə seçmə öncəsi turnirlərdən başlayacaqlar

Cəmiyyət Materials 30 İyul 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması olimpiya lisenziyası uğrunda mübarizəyə üç secmə öncəsi turnirdən başlayacaq. Lakin hələlik bu turnirlərin keçirilmə yeri məlum deyil.

Reqlamentə əsasən, Olimpiadaya düşmək üçün komanda Avropa çempionatında ilk səkkizliyə düşməlidir. Bundan sonra Faiq Qarayevin yetirmələri Olimpiada-2008 üçün vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Bunun üçün yığma ilkin seçmə mərhələsində müvəffəqiyyətlə çıxış etməlidir. Bu, komandaya gələn il bilavasitə Almaniyada keçiriləcək seçmə turnirinə düşmək hüququ verəcək. Burada səkkiz komanda Pekinə getmək hüququ verən bir vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, öncəsi olimpiya seçmə mərhələsində analoji yarışı Bakı qəbul edirdi. Burada qələbəni italyanlar qazandılar. Onlar finalda Türkiyə yığmasını "quru" hesabla yendilər.

Xəbər lenti

Xəbər lenti