...

"Qarabağ"ın baş məşqçisi: Komanda sürpriz edə bilər

Cəmiyyət Materials 30 İyul 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bu mövsüm "Qarabağ" sürpriz edə bilər. Bu sözləri adı çəkilən klubun baş məşqçisi Rasim Kara komandanın yeni mövsümlə əlaqədər planlarını şərh edərkən deyib.

Ağdamlıların rəsmi saytının məlumatına əsasən türkiyəli mütəxəssis hesab edir ki, yetirmələri milli birincilikdə ilk üçlüyə düşmək uğrunda mübarizə apara bilərlər. "Biz kifayət qədər faydalı seleksiya işi görümüşük. Qapıçı Fərhad Vəliyev, yarımmüdafiəçi Murad Ağakişiyev və digər oyunçularla müqavilə imzaladıq. Ona görə də mövsüm öncəsi hazırlıq hədər getməməlidir" - deyə Kara vurğulayıb.

Türkiyəli çalışdırıcı həmçinin qeyd edib ki, yeni mövsümdə komanda özündə gəncliklə təcrübənin birliyini əks etdirəcək. Burada Aslan Kərimovla Kənan Kərimovun gəncləri arxasınca apara biləcəkləri xüsusi nəzərə alınır.

Xəbər lenti

Xəbər lenti