...

Fransa qanunsuz immiqrasiya ilə mübarizəni gücləndirir

Cəmiyyət Materials 30 İyul 2007 17:27 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/ Fransanın immiqrasiya, inteqrasiya, milli kimlik və birgə inkişaf naziri Bris Ortöfö (Brice Hortefeux) "Le Parisien " qəzetinə verdiyi muhasibədə bildirib ki, qeyri- qanuni immiqrasiya ilə mübarizə aparmaq üçün öncə nəzarəti gücləndirmək lazımdır. O hesab edir ki, Fransada 200.000 - 400.000 qeyri -leqal statuslu əcnəbi yaşayır. "Bu sahədə tam qətiyyətlə mübarizə aparılacaq. Artıq bu məsələlərə göz yummuruq " -deyə nazir xəbərdarlıq edib. O, qanunsuz işlə mübarizənin Nazirliyin əsas priorotetlərindən biri olduğunu söyləyib. Onun sözlərinə görə, ilin əvvəlindən 10.000 insan yoxlanılıb. Ilkin nəticələr göz qabağındadır. Bu yoxlamalar çərçivəsində 275 işverən və 536 xarici saxlanılb. Bu bir ildə nəzarətin 300% artması deməkdir. Artıq iyulun 1-dən işverənlər işləmək istəyən əcnəbilərin yaşayış qeydiyatının qanuni olduğunu yoxlamaq üçün prefekturaya müraciət etmək məcburiyyətindədir. O bunu belə əsaslandırıb ki, bu, "vicdanlı işverənlərə" təminat və qorunma imkanı verir. Bu sahədə jandarmeriya və polisin nəzarəti daha da gücləndiriləcək. Bununla qeyri-qanuni statusda olan xaricilərə işverənlərə xəbərdarlıq edən nazir deyib ki, bu tarixdən etibarən onlar bundan xəbərsiz olduqlarını əsas gətirərək özlərinə haqq qazandıra bilməyəcək.

"Qanunsuz mühacirlərin öz ölkələrinə göndərilməli olduğunu vurğulayan nazir bunun qurbanlarının qanuni statusu olan mühacirlər olduğunu deyib. "Onların işlə təmin olunmasına diqqət ayırmaq lazımdır, çünki bu səhədə işsizlik səviyyəsi faizi 20%-dən yuxarıdır"- deyə o əlavə edib.

Fransalı nazir qeyd edib ki, Afrika ölkələri rəhbərlərinə öz gənclərinə ölkələrində xoş gələcək təmin etmək üçün yardım etməliyik.

Sonda nazir qeyd edib ki, Fransanın "seçilmiş və uyğun immiqrasiya"ya ehtiyacı var. Əsas prioritet "qanuni iş və idarəolunan immiqrasiya"ya verilməlidir. Bu isə hazırda immiqrasiya axınının 7%-ni təşkil edir. Bizim məqsədimiz onu 50%-ə çatdırmaqdır.

Xəbər lenti

Xəbər lenti