...

Naxçıvana gələn turistlər 50 faizə yaxın artıb

Cəmiyyət Materials 31 İyul 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Yurdoğlu/ Naxçıvan Muxtar Respublikasına bu ilin birinci yarımilliyində Azərbaycanın digər bölgələrindən və xarici dövlətlərdən 55 min turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 min nəfər, yaxud 49,2 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Naxçıvan MR Ali Məclisinin mətbuat üçün yaydığı məlumatda bildirilir.

Məlumata görə, ilin sonuna kimi Muxtar respublikaya gələn turistlərin sayının iki dəfə artacağı proqnozlaşdırılır.

Naxçıvan MR ərazisi 5,5 min kvadratkilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti