...

Lənkəranda dörd nəfər vərəm xəstəliyindən ölüb

Cəmiyyət Materials 31 İyul 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəranda 152 vərəmli xəstə qeydiyyatdadır. Onlardan 105-i kişi, 47-si qadın, 4-ü uşaqdır. Bu barədə çərşənbə axşamı Lənkəran rayonlararası Ağ Ciyər Xəstəlikləri Dispanserinin baş həkimi Telman Əliyev məlumat verib.

Quliyev bildirib ki, bu ilin birinci yarımilliyində isə aktiv xəstələrin sayı 83 olub. Onlardan 24-ü qadın, 59-u kişi, 3-ü isə 14 yaşadək olan uşaqlardır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 nəfər çoxdur. Hesabat dövründə 4 vərəmli xəstə dünyasını dəyişib. Hazırda dispanserdə 26 nəfər stasionar müalicə alır.

Bu ilin 6 ayında yeni doğulan körpələrin 98,7 faizi vaksinasiya edilib.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti