...

"Simurq" Rustavidə Gürcüstan çempionuna uduzub

Cəmiyyət Materials 31 İyul 2007 11:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia / Zaqatalanın "Simurq" komandası Rustavi şəhərində yoxlama oyununda Gürcüstan çempionu "Olimpi" klubuna uduzub. Hər bir hissədə gürcülər bir top vurublar və nəticədə 2:0 hesabı ilə qalib gəliblər.

Azərbaycan çempionatında onuncu yeri tutan "Simurq" Gürcüstan çempionuna layiqli müqavimət göstərib. Rustavi təmsilçisində müdafiəçilər fərqləniblər. Maxviladze ilə Akuasaqa qolları baş zərbəsi ilə vurublar.

"Simurq" Gürcüstandakı təlim-toplanışı Qorinin "Dila" klubuna qarşı oyunu ilə bitirəcək. İki həftə ərzində "Simurq" Tbilisinin "Lokomotiv" klubunun bazasında olub və dörd yoxlama görüşündə qüvvəsini sınayıb. Komanda "Lokomotiv", Tbilisi "Dinamo"su ilə heç-heçə oynayıb, "Ameri" və Rustavinin "Olimpi" klubuna isə uduzub.

Xəbər lenti

Xəbər lenti