...

Müğənni Aybəniz Haşımova çaşğınlıq içindədir

Cəmiyyət Materials 31 İyul 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Hamıya yaxşı məlumdur ki, bu həftə "Xalq ulduzu" müsabiqəsi başa çatır. TrendLife müxbiri bu məqsədlə müsabiqənin juri üzvü əməkdar artist Aybəniz Haşımova ilə əlaqə saxladı. Və bu iki finalçıdan hansını qalib görmək istəməsi ilə maraqlandı.

Aybəniz xanım bunları söylədi: "İstedad nöqtəyi-nəzərdən baxsaq, Eldəniz birinciliyə layiqdir. Mirkamilin isə gələcəyi qabaqdadır. Amma görün sms səsvermədə nələr baş verir. Mirkamil öndədir. Bu artıq o deməkdir ki, Mirkamilin fanatları həddən çoxdur. Belə ki, sizin suala birmənalı cavab vermək çox çətindir".

Xəbər lenti

Xəbər lenti