...

Lənkəran meşəsində yanğın baş verib

Cəmiyyət Materials 4 Sentyabr 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid olan meşə ərazisində yanğın baş verib. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.

Yanğına səbəb rayonun Gəgiran kənd bələdiyyəsi ərazisində kənd sakinlərinin odla ehtiyatsız davranması olub. Nəticədə əraziyə bitişik Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Osaküçə meşəbəyliyinin 0,2 hektar ərazisi yanıb.

İbrahimova bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsi və müəssisənin yanğın dəstələrinin birgə səyi nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının səbəblərinin araşdırılması, maddi itkilərin dəqiqləşdirilməsi məqsədilə müəssisədə komissiya yaradılıb.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti