...

Azərbaycanda qanuni mərc oyununun internet variantı yaradılıb

İdman Materials 1 Mart 2012 16:12 (UTC +04:00)
Azərbaycanın ilk və qanuni mərc operatoru "Topaz"ın internet versiyası olan www.etopaz.az saytının rəsmi təqdimat mərasimi olub.
Azərbaycanda qanuni mərc oyununun internet variantı yaradılıb

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycanın ilk və qanuni mərc operatoru "Topaz"ın internet versiyası olan www.etopaz.az saytının rəsmi təqdimat mərasimi olub.

Trend-in məlumatına görə, bu gündən etibarən futbol azarkeşləri rahat şəkildə - ofisində, evində, bir sözlə, internet olan hər yerdə bir-birindən maraqlı oyunlara mərc qoyuluşu edə biləcəklər. Çünki artıq "Topaz" internetdədir. Müştərilər www.etopaz.az saytına daxil olub asanlıqla qeydiyyatdan keçərək virtual hesab yaradaraq istənilən oyuna proqnoz verə bilərlər.

Bundan başqa, futbol azarkeşləri mobil telefon vasitəsilə wap.etopaz.az saytına daxil olub çox rahatlıqla pul qoyuluşu etmək imkanı da əldə ediblər.

Xəbər lenti

Xəbər lenti