...

Azad Rəhimov: İdmanda olan uğurlar, nailiyyətlər sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir

İdman Materials 5 Mart 2012 14:50 (UTC +04:00)
İdmanda olan uğurlar, nailiyyətlər sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Azad Rəhimov: İdmanda olan uğurlar, nailiyyətlər sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

İdmanda olan uğurlar, nailiyyətlər sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, ölkədə idman bazası möhkəmlənir, bu il Prezident İlham Əliyev tərəfindən "İdman ili" elan olunub və bu il ərzində Azərbaycan bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Nazir bildirib ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayı artır.

"Bakı 2020-ci il olimpiadasının keçirilməsinə namizəd şəhər kimi qeydə alınıb. Bütün bunlar subut edir ki, Azərbaycanda idmana böyük diqqət və dəstək var", - Rəhimov əlavə edib.

Qeyd edək ki, 5 mart - İdman və Bədən Tərbiyəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyiniv rəhbərliyi və əməkdaşları ümummilli liderin Heydər Əliyev Sarayının qarşısındakı abidəsi önünə əklil qoyub, idmançıların çıxışını izləyiblər.

Xəbər lenti

Xəbər lenti