...

"Neftçi" çempionluq şansını artırdı, "İnter" isə büdrədi

İdman Materials 18 Mart 2012 18:28 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasının XXIV turunda növbəti oyunlar keçirilirb. Trend-in məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
"Neftçi" çempionluq şansını artırdı, "İnter" isə büdrədi

Azərbaycan, Bakı, 18 mart Trend, müxbir M.Əliyev

Bu gün Unibank Premyer Liqasının XXIV turunda növbəti oyunlar keçirilirb. Trend-in məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

İkinci "altılığ"ın orta sıralarında qərarlaşan "Kəpəz" klubu doğma azarkeşləri qarşısında "Sumqayıt"ı qəbul edib. Gəncə təmsilçisi qələbə qazanacağı təqdirdə autsayderlərdən bir qədər də uzaqlaşacaqdı. Elitada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt" klubunu da bu görüşdə yalnız qələbə razı sala bilərdi. Lakin rəqibini 4:1 hesabı ilə məğlub edən "Kəpəz" xalını 26-ya yüksəldib.

Ardıcıl qələbələr qazanmaqda davam edən "Qarabağ" klubu isə bu tur evdə "Qəbələ"ni qəbul edib. Bir neçə gün öncə ölkə kubokunda üz-üzə gələn komandaların duelində qalib müəyyənləşməmişdi - 2:2. Bu dəfə isə tərəflər Unibank Premyer Liqasında münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə də heç-heçə qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 1:1.

Günün digər qarşılaşması isə paytaxtda baş tutub. İkinci "altılığ"ın zirvəsində qərarlaşan iki komanda - AZAL və "Rəvan"ın dueli böyük maraq doğururdu. AZAL bu görüşdə qələbə qazanacağı təqdirdə rəqibini 4 xal qabaqlayacaqdı. Lakin "Rəvan" 3 xalı qazanmaqla ikinci "altılığ"ın lideri olub.

Turun mərkəzi qarşılaşması da paytaxtda keçirilib. Paytaxt debisində "İnter" və "Neftçi" klubları üz-üzə gəlib. Liderlik baxımından mühüm əhəmiyyət kəsb edən bu qarşılaşmada qazanılacaq qələbə hər iki komanda üçün böyük üstünlük olacaqdı. "İnter" bu görüşdə qələbə qazanmaqla liderliyi ələ keçirə bilərdi. Lakin "Neftçi" səfərdə qalib gəlməklə liderliyini bir qədər möhkəmlədib.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq təxirə salınmış "Xəzər Lənkəran" - "Bakı" oyunu isə sabah keçiriləcək.

18 mart (bazar)

Unibank Premyer Liqasında XXIV turun oyunları

16:00. "Rəvan" - AZAL - 2:0
Qollar:
Ekrem Hodziç, 18 (1:0), Taqim Novruzov, 42-pen (2:0)
18 mart 2012. "Dalğa Arena"stadionu. tamaşaçı
Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, İsgəndər Əliyev
Dördüncu hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev

"Rəvan": 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Vüsal Qarayev, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 18. Samuel Barlay, 20. Kristian Torres

AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Mindaugas Daunoraviçius, 7. Tərlan Xəlilov,
10. Nuqzar Kvirtiya, 15. Georgi Bogihu, 16. Branislav Arsenijeviç,
17. Viktor İqbekoyi, 19. Hüseyn Axundov

16:00. "İnter" - "Neftçi" - 1:2
Qollar:
Slavço Georgiyevski, 3 (0:1), Bronislav Çervenka, 45 (1:1), Ruslan Əmircanov, 75 (1:2)
18 mart 2012. "Şəfa" stadionu. tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncu hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Asim Xudiyev

"İnter": 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 14. Peter Zlatinov, 15 (Nizami Hacıyev), Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (Enyo Krastovçev)

"Neftçi":
30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev (Cavid Hüseynov)


14:00. "Kəpəz" - "Sumqayıt" - 4:1
Qollar:
Yuri Fomenko, 3 (1:0), Bədavi Hüseynov, 18-avtoqol (2:0), Yuri Fomenko, 24 (3:0), Samir Abasov, 48 (3:1), Junivan Suares, 85-pen (4:1)
18 mart 2012. Saat 14:00. Gəncə şəhər stadionu. tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Knyaz Əmiraslanov
Dördüncu hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov

"Kəpəz": 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 8. Armand Feutchine, 14. Dmitri Parxaçov, 2. Nail Məmmədov, 30. Yuri Fomenko

"Sumqayıt": 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 15. Tərlan Quliyev, 22. Bəxtiyar Həsənalızadə, 52. Bədavi Hüseynov, 4. Samir Abbasov (k), 7. Mahmud Qurbanov, 27. Ramil Haşımzadə, 25. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov


15:00. "Qarabağ" - "Qəbələ" - 1:1
Qollar:
Viktor Mendi, 16 (0:1), İlqar Qurbanov, 90 (1:1)
18 mart 2012. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Coşqun Həsənov
Dördüncu hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov

"Qarabağ": 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov,
19. Muarem Muarem,22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya

"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers
34. Ürfan Abbasov, 77. Dodo

Xəbər lenti

Xəbər lenti