...

Azərbaycan güləşçiləri Macarıstanda 10 medal qazanıblar

İdman Materials 26 Mart 2012 11:30 (UTC +04:00)
Martın 23-25-də Macarıstanın Doroq şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan güləşçiləri Macarıstanda 10 medal qazanıblar

Azərbaycan, Bakı, 26 mart /Trend/

Martın 23-25-də Macarıstanın Doroq şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Trend Azərbaycan Güləş Federasiyasının saytına istinadən məlumat verir ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 11 idmançımız mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin mübarizə apardığı turnirdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər.

Qızıl medalları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) qazandırıb. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.

Komanda hesabında turniri Macarıstan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü sırada tamamlayıb.

Turnirdə uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-dək Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Xəbər lenti

Xəbər lenti