...

"Neftçi"nin gənc futbolçusu əsas heyətə cəlb olunacaq

İdman Materials 1 İyun 2012 18:57 (UTC +04:00)
Bakının "Neftçi" klubunun 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq.
"Neftçi"nin gənc futbolçusu əsas heyətə cəlb olunacaq

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bakının "Neftçi" klubunun 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.

Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində "Caspian Cup" turnirində uğurla çıxış edir. Fəhmin meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub.

"Neftçi"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz", - futbolçu bildirib.

Xəbər lenti

Xəbər lenti