...

Lənkəranda usta ağır atletlər arasında Avropa çempionatı başlayır

İdman Materials 2 İyun 2012 14:02 (UTC +04:00)
Azərbaycan Respublikası "Veteran Ağır Atletlər" İctimai Birliyi (ARVAA) və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) müstəqillik tariximizdə ilk dəfə qitə səviyyəli turnir təşkil edir.
Lənkəranda usta ağır atletlər arasında Avropa çempionatı başlayır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycan Respublikası "Veteran Ağır Atletlər" İctimai Birliyi (ARVAA) və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) müstəqillik tariximizdə ilk dəfə qitə səviyyəli turnir təşkil edir.

Trend Federasiyanın rəsmi saytına istinadən məlumat verir ki, kişi usta ağır atletlər arasında 22-ci, qadınlar arasında isə 20-ci Avropa çempionatı Lənkəran Şəhər İdman Olimpiya Kompleksində 2-9 iyun tarixləri arasında keçiriləcək.

Çempionata Avropa və dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox qonaq qatılacaq.

Qeyd edək ki, 2010-cu ilin 15-22 may tarixində Avstriyanın Linç şəhərində 33 ölkənin 641 atletinin iştirakı ilə usta ağır atletlər arasında XX Avropa çempionatı keçirilmişdi. Avropa çempionatı ərəfəsində (19.05.2010) 32 dövlətin iştirakı ilə keçirilən konqresdə 2012-ci ildə XXII Avropa çempionatının Azərbaycanın Lənkəran şəhərində keçirilməsi məsələsi səsə qoyularaq (19 ölkə lehinə, 13 ölkə isə bitərəf) qəbul edilmişdi.

Xəbər lenti

Xəbər lenti