...

"Bakı" Avropa Liqasına hazırlıq planlarını açıqlayıb

İdman Materials 2 İyun 2012 14:34 (UTC +04:00)
Cari mövsümü Azərbaycan Kubokunu qazanmaqla yüksək notlarla başa vuran "Bakı" futbol klubu gələn həftədən etibarən bir araya gəlir. Toplanış iyunun 5-nə elan olunub.
"Bakı" Avropa Liqasına hazırlıq planlarını açıqlayıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Cari mövsümü Azərbaycan Kubokunu qazanmaqla yüksək notlarla başa vuran "Bakı" futbol klubu gələn həftədən etibarən bir araya gəlir. Toplanış iyunun 5-nə elan olunub.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, həmin gündən komanda UEFA Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək. İlkin mərhələdə 1 həftə ərzində paytaxda məşqlər keçəcək "Bakı" Qəbələyə yollanacaq və iyunun 16-dək burada məşq edəcək.

Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. Klub iyunun 18-29-da məşq etməklə bərabər 3 yoldaşlıq oyunu keçirəcək.

Üçüncü mərhələ UEFA Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici faktor kimi qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti