...

Yunan-roma güləşçilərimiz Bolqarıstandadır

İdman Materials 4 İyun 2012 14:49 (UTC +04:00)
İdmançılarımızın London Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin tərkib hissəsi olaraq yunan-roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız iyunun 3-də Bolqarıstana yola düşüb.
Yunan-roma güləşçilərimiz Bolqarıstandadır

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İdmançılarımızın London Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin tərkib hissəsi olaraq yunan-roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız iyunun 3-də Bolqarıstana yola düşüb.

Trend Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, güləşçilərimiz 18 gün ərzində Belmeken şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər. Heyətə London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış bütün idmançılarımız daxil edilib.

Baş məşqçi Salih Bora, böyük məşqçi Şaban Donat, məşqçilər Mutalib Yerlikaya və Turac Hüseynlinin rəhbərliyi altında Bolqarıstanda Rövşən Bayramov, Elçin Əliyev və Eldəniz Əzizli (hər üçü 55 kq), Həsən Əliyev, Kamran Məmmədov və Sakit Cəlilov (hər üçü 60 kq), Azad Əliyev (66 kq), Emin Əhmədov, Rafiq Hüseynov və Elvin Mürsəliyev (hər üçü 74 kq), Saman Təhmasibi və Həmzət Yusubov (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Radomir Petkoviç (120 kq) hazırlıq prossesi keçəcəklər.

Xəbər lenti

Xəbər lenti