...

Azad Rəhimov: Azərbaycan və Gürcüstanın futbol üzrə AÇ 2020-yə ev sahibliyi etməklə bağlı təklifi uğurlu alınacaq

İdman Materials 5 İyun 2012 11:29 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etməklə bağlı təklifi uğurlu alınacaq.
Azad Rəhimov: Azərbaycan və Gürcüstanın futbol üzrə AÇ 2020-yə ev sahibliyi etməklə bağlı təklifi uğurlu alınacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Gürcüstanın futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etməklə bağlı təklifi uğurlu alınacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, son illər ərzində Azərbaycan idmanının maddi-texniki bazasına yarım milyard manata qədər investisiya qoyulub.

"Hazırda Bakıda 80 min yerlik Olimpiya stadionu tikilir. Azərbaycan idman ölkəsidir. Ona görə də düşünürük ki, Azərbaycan dünya və Avropa səviyyəli yarışlara ev sahibliyi etməyə hazırdır", - Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycan 2015-ci ildə "Avropa Olimpiya Oyunlarına" ev sahibliyi etməklə bağlı öz namizədliyini irəli sürüb. "2016-cı ildə şahmat olimpiadası keçiriləcək. 2017-ci ildə İslam oyunları keçiriləcək. İnanırıq ki, 2020-ci ildə Avropa Futbol çempionatının keçirilməsi uğurlu olacaq", - Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti