...

"Avro 2012"-nin iştirakçısı olan Ukrayna millisində kütləvi zəhərlənmə baş verib

İdman Materials 6 İyun 2012 13:05 (UTC +04:00)
"Avro 2012"-nin iştirakçısı olan Ukraynanın futbol üzrə milli komandası dünən Türkiyəyə qarşı keçirilən yoxlama oyunundan (0:2) əvvəl xoşagəlməz hadisə ilə üzləşib.
"Avro 2012"-nin iştirakçısı olan Ukrayna millisində kütləvi zəhərlənmə baş verib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Avro 2012"-nin iştirakçısı olan Ukraynanın futbol üzrə milli komandası dünən Türkiyəyə qarşı keçirilən yoxlama oyunundan (0:2) əvvəl xoşagəlməz hadisə ilə üzləşib.

Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalıların baş məşqçisi Oleq Bloxin bildirib ki, oyundan öncə komandasının 10 futbolçusu zəhərlənib. Onun sözlərinə görə, bu səbəbdən əvvəlcə məşqçilər ümümiyyətlə, bu qarşılaşmaya çıxmaqdan imtina etmək istəyiblər. Lakin sonradan onlar fikirlərini dəyişiblər.

"Oyundan əvvəlki günün axşamı futbolçuların bir qismi həkimə üz tutub. Amma vəziyyət düzəlməyib. Bu səbəbdən 10 futbolçunun hamısı Türkiyə ilə görüşdə iştirak edə bilmədi. Ən pisi odur ki, zəhərlənməyə konkret nəyin səbəb olduğunu müəyyənləşdirə bilmirik. Çünki futbolçuların hamısı eyni qidanı qəbul etməyiblər, fərqli-fərqli yeməklər yeyiblər. Belə hal mənim təcrübəmdə birinci dəfədir baş verir. Komandamızda ekstremal vəziyyət yaranıb. Biz bu durumdan çıxmalıyıq", - Bloxin bildirib.

Qeyd edək ki, zəhərləndikləri üçün Taras Mixalik, Anatoli Timoşuk və Andrey Yarmelenkonun adı oyunun iştirakçıları sırasına salınmayıb, səhhətləri pis olan Andrey Voronin, Yevgeni Selin, Denis Qarmaş isə ehtiyatda oturub, daha dörd futbolçu isə meydana yaxşı vəziyyətdə çıxmayıb.

Xəbər lenti

Xəbər lenti