...

Azərbaycan atletləri Avropa çempionatında qızıl medalların sayını 7-yə çatdırıblar (ƏLAVƏ OLUNUB)

İdman Materials 6 İyun 2012 20:39 (UTC +04:00)
Bu gün veteran ağır atletlər arasında Avropa çempionatında 5-ci yarış günüdür. Dünənə qədər Azərbaycan milli komandası 1 qızıl və gümüş medal qazana bilib.
Azərbaycan atletləri Avropa çempionatında qızıl medalların sayını 7-yə çatdırıblar (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 17:41-də yayılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bu gün veteran ağır atletlər arasında Avropa çempionatında 5-ci yarış günüdür. Dünənə qədər Azərbaycan milli komandası 1 qızıl və gümüş medal qazana bilib.

Trend Azərbaycan Ağır Atletika Federasiyasının saytına istinadən məlumat verir ki, bu gün daha 3 yarış sessiyası baş tutub. İlk iki sessiyada qadın atletlər qüvvələrini sınayıblar.

Qadın atletlərimiz bu gün gözəl mübarizə apararaq birdən-birə 4 qızıl medal qazanıblar. Səbinə Rzayeva, Təranə Abbasova, Xatirə Şahverdi və İradə Qədirova öz yaş qrupu və çəki dərəcələrində fərxi kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha sonra körpücük üzərinə kişi idmançılarımız çıxıb. M-4 yaş qrupunda mübarizə aparan atletlərimizdən ikisi - Akif Alıyev və Miryasin Ağayev qızıl medal qazanıblar.

Bununla da komandamızın bu gün qazandığı qızıl medal sayı 6-ya çatıb.

Qeyd edək ki, turnir Lənkəran şəhər İdman Olimpiya Kompleksində keçirilir.

Xəbər lenti

Xəbər lenti