...

“Rəvan” komandasına yeni baş məşqçi təyin edilib

İdman Materials 8 İyun 2012 14:49 (UTC +04:00)
Bəhmən Həsənovu istefaya göndərən bakının "Rəvan" klubu onun yerinə yeni baş məşqçi təyin edib.
“Rəvan” komandasına yeni baş məşqçi təyin edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bəhmən Həsənovu istefaya göndərən bakının "Rəvan" klubu onun yerinə yeni baş məşqçi təyin edib. Bu, türkiyəli mütəxəssis Cevat Gülərdi. Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat verilib.

Cevat Gülər 1959-cu il yanvar ayının 1-də Türkiyənin Ordu şəhərində anadan olub. Məşqçilik karyerası ərzində "Küçükköy Kültürspor" (1985), "Qaziosmanpaşaspor" (1985-87 uşaq futbolu), "Beşiktaş" (1997-2000, uşaq futbol direktoru), "Yıldırım Bosnaspor" (2000-02), "Qalatasaray" (2007-09, köməkçi məşqçi) klublarında çalışıb. Onun ən böyük uğuru "Qalatasaray"da olub. Belə ki, 2007-08-ci il mövsümünün bitiminə 6 həftə qalmış baş məşqçi postundan istefa verən Karl Hayns Feldkampı əvəzləyən Gülər "sarı-qırmızılar"a Türkiyə çempionluğunu qazandırıb.

Xəbər lenti

Xəbər lenti