...

"Bankir"ləri yeni məşqçi çalışdıracaq

İdman Materials 10 İyun 2012 20:51 (UTC +04:00)
"İnter" klubunda yeni təyinat gerçəkləşib.
"Bankir"ləri yeni məşqçi çalışdıracaq

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"İnter" klubunda yeni təyinat gerçəkləşib. Trend-in məlumatına görə, gürcüstanlı mütəxəssis Aleksandr Rexviaşvili məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub. O, həmyerlisi olan baş məşqçi Kaxaber Sxadadzeyə seleksiya işlərində kömək edəcək.

2006-cı ildə futbolçu karyerasını başa çatdıran Rexviaşvili daha sonra FİFA agenti kimi fəaliyyət göstərib. bundan sonra isə o, Latviyanın "Olimps" klubunda çalışıb.

Qeyd edək ki, Rexviaşvili 2005/06 mövsümündə ölkəmizdə futbolçu kimi də fəaliyyət göstərib. O, "Bakı" klubunda 8 oyun keçirib, komandanın çempionluğunda ıay sahibi olub.

Xəbər lenti

Xəbər lenti