...

Azərbaycan Böyük Moskva Reqatasında təmsil olunub

İdman Materials 11 İyun 2012 17:47 (UTC +04:00)
Rusiya paytaxtında akademik avarçəkmə üzrə ənənəvi Böyük Moskva Reqatası keçirilib. Sayca 51-ci dəfə təşkil olunmuş reqatada Azərbaycan da təmsil olunub.
Azərbaycan Böyük Moskva Reqatasında təmsil olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Rusiya paytaxtında akademik avarçəkmə üzrə ənənəvi Böyük Moskva Reqatası keçirilib. Sayca 51-ci dəfə təşkil olunmuş reqatada Azərbaycan da təmsil olunub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 1 nəfərlik qayıqla mübarizə aparan Aleksandr Qlotov yarımfinalda 2000 metr məsafəyə yürüşdə 7 dəqiqə 32,487 saniyə nəticə ilə 4-cü yeri tutub. Bu nəticə Qlotovun əsas finala vəsiqəsini əngəlləyib. 7-12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında isə avarçəkənimiz finişə 7 dəqiqə 47,398 saniyəyə çatıb. O, ümumi sıralamada 9-cu yeri tutub.

2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla çıxış edən Fərid Saadov - Kamal Xanlarov dueti də mükafatçılar sırasına düşə bilməyib. Onlar yarımfinal yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 5,556 saniyəyə qət edərək 4-cü yeri tutublar. Bu nəticə ilə duetimiz B finalında yarışıb. Saadov - Xanlarov cütlüyü bu dəfə finişə 7 dəqiqə 20,138 saniyəyə çataraq yekunda 7-ci olub.

Qeyd edək ki, Böyük Moskva Reqatasında Azərbaycanla yanaşı, Belarus, Çin, Latviya, Litva, Macarıstan, Qazaxıstan, Moldova, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyanın müxtəlif bölgələrindən ümumilikdə 550-dək akademik avarçəkən mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti