...

Ukrayna İsveç üzərində qələbə qazandı

İdman Materials 12 İyun 2012 02:05 (UTC +04:00)
UEFA futbol üzrə Avropa çempionatı - 2012 çərçivəsində birinci turun yekun matçı keçirilib.
Ukrayna İsveç üzərində qələbə qazandı

Azərbaycan, Bakı, 12 iyun /Trend/

UEFA futbol üzrə Avropa çempionatı - 2012 çərçivəsində birinci turun yekun matçı keçirilib. Ukrayna milli komandası İsveçlə qarşılaşıb.

Oyunun 52-ci dəqiqəsində Zlatan İbrahimoviç skandinaviyalıları hesabda irəli çıxarsa da, Andrey Şevçenko 55-ci və 62-ci dəqiqələrdə qol vurmaqla dublunu rəsmiləşdirdi və Ukrayna millisinə qələbə qazandırdı.

D qrupunun digər matçında İngiltərə-Fransa oyunu 1:1 hesabı ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti