...

Cenevrədə keçirilən şahmat üzrə "Masters 2012" turnirinin qalibi azərbaycanlı olub

İdman Materials 13 İyun 2012 18:50 (UTC +04:00)
İsveçrənin Cenevrə şəhərində şahmat üzrə "Masters 2012" turniri keçirilib.
Cenevrədə keçirilən şahmat üzrə "Masters 2012" turnirinin qalibi azərbaycanlı olub

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İsveçrənin Cenevrə şəhərində şahmat üzrə "Masters 2012" turniri keçirilib.

Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yarışda İsveçrə Konfederasiyasının Cenevrə kantonunun müxtəlif şəhərlərindən şahmatçılar iştirak edib.

Hazırda İsveçrədə yaşayan azərbaycanlı şagird Kamran İsmayıl oğlu Əsədov yarışda 9,5 xal yığaraq turnirin qalibi olub və müvafiq mükafatla təltif olunub.

Sözügedən turnir hər il Cenevrə şəhərində təşkil olunur. Ənənəvi olaraq Cenevrə Şahmat Federasiyası tərəfindən təşkil edilən bu yarış İsveçrə sistemi əsasında 10 dəqiqə vaxt məhdudiyyəti ilə 10 partiyadan ibarət olub.

Kamran Əsədov İsveçrənin Cenevrə şəhərində keçiriləcək şahmat üzrə növbəti yarışmalarda iştirakını davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti