...

Azərbaycan taekvondoçularının Avropa çempionatında rəqibləri məlum olub

İdman Materials 14 İyun 2012 13:19 (UTC +04:00)
Yunanstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatında Azərbaycan idmançılarının rəqibləri məlum olub.
Azərbaycan taekvondoçularının Avropa çempionatında rəqibləri məlum olub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Yunanstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatında Azərbaycan idmançılarının rəqibləri məlum olub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 14-dən 17-dək davam edəcək yarışın ilk günü bir idmançımız mübarizə aparacaq.

Yarımfinalçılar azı bürünc medalı təmin etmiş olacaqlar.

Yarışa yollanan taekvondoçularmızın mübarizə aparacağı günlər və rəqiblər:

14 iyun

1-87 kq, 1/4 - Aydın Bəhməlov - (Fransa - İspaniya)

15 iyun

2-74 kq, 1/8 - Vladislav Subbotin - Vilson Lajkaj (Çernoqoriya)
2-80 kq, 1/8 - Ceyhun Həsənli - Aleksandros Andrenokidis (Yunanıstan)
2-62 kq, 1/8 - Aytən Səmədli - Anna Qordulko (Ukrayna)

16 iyun

3-63 kq, 1/16 - Elxan İsayev - Anton Skrin (Ukrayna)
3-68 kq, 1/16 - Səbuhi İsmayılzadə - Kayli Vassalo (Malta)
3-53 kq, 1/8 - Günay Ağayeva - Lai Janik (Norveç)

17 iyun

4-54 kq, 1/16 - İmran Zalov - Huqo Abreu (Portuqaliya)
4-58 kq, 1/16 - Pərvin Əliyev - Ömər Aksoy (Türkiyə)
4-46 kq, 1/8 - Xəyalə Quliyeva - Mariya Lupasku (Moldova)
4-49 kq, 1/8 - Türkanə Tahirli - (Ukrayna - Danimarka)

Xəbər lenti

Xəbər lenti