...

Azərbaycanda Olimpiya hərəkatının yaranma günü geniş qeyd ediləcək

İdman Materials 14 İyun 2012 16:59 (UTC +04:00)
23 iyun 2012-ci il tarixində dünya ölkələri müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranma gününü qeyd edəcək.
Azərbaycanda Olimpiya hərəkatının yaranma günü geniş qeyd ediləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

23 iyun 2012-ci il tarixində dünya ölkələri müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranma gününü qeyd edəcək.

Olimpiya hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan Milli Olimpiya Komitəsi (МОK) bu günü hər il ənənəvi olaraq qeyd edir, lakin cari ilin "İdman ili" elan edilməsi, komitənin yaradılmasının 20 illik yubileyi, həmçinin qarşıdan gələn 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar, МОK bu günü daha genişmiqyaslı və təntənəli qeyd etməyə qərar verib.

Komitədən cümə axşamı Trend-ə verilən məlumata görə, builki tədbirlərin Azərbaycanın bir neçə şəhər və rayon mərkəzlərində - iyunun 17-də Kürdəmir, Şamaxı, 18-də İsmayıllı, Ağdaş, 19-da Qəbələ, Göyçay, 20-də Mingəçevir, Yevlax və 21-də Gəncədə (yekun tədbir) təşkil edilməsi nəzərdə tutulub.

Ümumilikdə tədbir çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər müasir Olimpiya hərəkatının qeyd olunması ilə yanaşı, Azərbaycanda Olimpizmin tarixi, Olimpiya dəyərlərinin təşviqi, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək milli olimpiya və paralimpiya komanda üzvlərinin tamdılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti