Azərbaycan, Bakı, 14 iyun /Trend/
Cümə axşamı futbol üzrə UEFA Avropa çempionatı çərçivəsində C qrupunun oyunları keçirilir. Günün ilk matçında İtaliya və Xorvatiya yığmaları qarşılaşıb.
Oyunun 39-cu dəqiqəsində Andrea Pirlo italyanları hesabda irəli çıxartsa da, 72-ci dəqiqədə xorvatlar Mandjukiçin qolu sayəsində məğlubiyyətdən qurtara biliblər. Oyun 1:1 hesbı ilə başa çatıb.