...

İspaniya millisi ötürmə sayına görə yeni rekorda imza atıb

İdman Materials 16 İyun 2012 10:21 (UTC +04:00)
Futbol üzrə 2012-ci il Avropa çempionatının favoritlərindən sayılan İspaniya yığması qitə çempionatları tarixində bir oyunda ən çox ötürmə verən komanda ünvanını alıb.
İspaniya millisi ötürmə sayına görə yeni rekorda imza atıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Salmanov/

Futbol üzrə 2012-ci il Avropa çempionatının favoritlərindən sayılan İspaniya yığması qitə çempionatları tarixində bir oyunda ən çox ötürmə verən komanda olub. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.

Avro-2012-nin qrup mərhələsi çərçivəsində İrlandiya ilə qarşılaşan Del Boskenin yetirmələri ümumilikdə 898 ötürmə veriblər. İspanlar 90 dəqiqə ərzində sadəcə 83 qeyri-dəqiq ötürmə ilə yadda qalıblar.

Bu göstərici sayəsində İspaniya millisi futbol üzrə Avropa çempionatları tarixində bir matçda ən çox ötürmə verən komanda olub.

Komandanın əsas oyunçularından sayılan Xavi Hernandez isə bu oyunda 136 ötürmə verib ki, bunun da 127-si dəqiq olub. Bu göstərici sayəsində "Barselona" futbolçusu tarixə düşüb.

Xəbər lenti

Xəbər lenti