...

"Bakı" klubunda yeni təyinatlar

İdman Materials 16 İyun 2012 14:38 (UTC +04:00)
"Bakı" futbol klubunda yeni təyinatlar olub.
"Bakı" klubunda yeni təyinatlar

Azərbaycan, Bakı, 16 iyun /Trend/

"Bakı" futbol klubunda yeni təyinatlar olub.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, Zeki Muarrem əsas komandanın qapıçılar məşqçisi təyin olunub. İbrahim Uzunca isə əvəzedici komandanın baş məşqçisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, Muarrem bundan əvvəl əvəzedici komandanın qapıçılar məşqçisi kimi fəaliyyət göstərirdi, İbrahim Uzunca isə son mövsüm birinci liqada mübarizə aparan "Lokomotiv"in baş məşqçisi postunda çalışıb.

Xəbər lenti

Xəbər lenti