...

Bolidin texniki direktoru: Formula 1-in Azərbaycanda keçirilməsi üçün böyük potensial var (FOTO)

İdman Materials 16 İyun 2012 16:09 (UTC +04:00)
Bu gün Bakıda Formula 1-in yarış bolidinin "Red Bull Racing" mühəndisləri tərəfindən yığılması və təşkili, həmçinin yarışlara qatılacaq avtomobillərin mühərrikləri nümayiş etdirilib.
Bolidin texniki direktoru: Formula 1-in Azərbaycanda keçirilməsi üçün böyük potensial var (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Formula 1-in yarış bolidinin "Red Bull Racing" mühəndisləri tərəfindən yığılması və təşkili, həmçinin yarışlara qatılacaq avtomobillərin mühərrikləri nümayiş etdirilib.

Bolidin texniki direktoru Toni Barrous Trend-ə bildirib ki, Formula 1 yarışlarının gələcəkdə Azərbaycanda keçirilməsi üçün böyük potensial var. O, həmçinin qeyd edib ki, Azərbaycanda insanlar Formula 1 yarışlarına böyük maraq göstərir.

Azərbaycana gəlişindən məmnun qaldığını deyən Barrous Bakının çox gözəl şəhər, insanlarının isə qonaqpərvər olduğunu bildirib.

Qeyd edək ki, sabah Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri baş tutacaq. Bakı sakinləri Formula 1-in ən sürətli yarış bolidini - RB7-ni öz gözləri ilə görə biləcəklər.

Bolidi ən məşhur yarışçılardan biri, Formula 1-in əfsanəsi, Formula 1-in "Red Bull Racing" komandasının üzvü Devid Kulthard idarə edəcək.

Xəbər lenti

Xəbər lenti