...

Gənc güləşçilərin Avropa çempionatında üçüncü gün: 1 gümüş

İdman Materials 22 İyun 2012 10:24 (UTC +04:00)
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. İyunun 21-də sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib
Gənc güləşçilərin Avropa çempionatında üçüncü gün: 1 gümüş

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. İyunun 21-də sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.

Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, 51 kq çəki dərəcəsində Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. Təmsilçimiz ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Baqomedova Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəsində 48, 55, 63 və 72 kq çəkidə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti