...

Azərbaycanda Yay Futbol Düşərgələri proqramına start verilib

İdman Materials 22 İyun 2012 14:40 (UTC +04:00)
"Qəbələ" klubunun Futbolun Kütləviləşdirilməsi Departamenti 2012-ci il üçün nəzərdə tutulmuş Yay Futbol Düşərgələri proqramına start verib.
Azərbaycanda Yay Futbol Düşərgələri proqramına start verilib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Qəbələ" klubunun Futbolun Kütləviləşdirilməsi Departamenti 2012-ci il üçün nəzərdə tutulmuş Yay Futbol Düşərgələri proqramına start verib.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, hər il olduğu kimi, bu il də məktəblilərin yay tətili zamanı başlanan proqram 3 ay - iyun, iyul, avqust aylarında davam edəcək.

Proqramın birinci ayı Qəbələ şəhər məktəblərini əhatə edəcək. Artıq Qəbələ şəhər 1, 2, 3, 4 və 5 saylı tam orta məktəblərinin şagirdləri yay tətili zamanı futbol oynamaqla, məşqlərə qatılmaqla vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər.

Yay Futbol Düşərgələrində 5 yaşdan 13 yaşadək uşaqlar iştirak edə bilər. İyul ayında proqram Vəndam qəsəbəsində, avqust ayında isə Böyük Əmili stadionunda davam edəcək.

Vəndam qəsəbəsində Vəndam 1, 2 və 3 saylı Vəndam tam orta məktəblərinin şagirdləri, Böyük Əmili stadionunda isə Hacallı, Böyük Əmili və Böyük Pirəlli kənd orta məktəblərinin şagirdləri iştirak edəcək.

Qəbələ rayonunun 3 regionunda təşkil ediləcək proqramın ilk həftəsində 5-9 yaş arası uşaqlar, ikinci həftəsində 10-12 yaş arası şagirdlər, üçüncü həftəsində isə əvvəlki iki həftədə fərqlənən oyunçular iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti