...

Berti Foqts Polşa millisinə keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

İdman Materials 22 İyun 2012 17:01 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts Polşa millisinə keçidi ilə bağlı yayılan məlumatları təkzib edib.
Berti Foqts Polşa millisinə keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts Polşa millisinə keçidi ilə bağlı yayılan məlumatları təkzib edib.

Trend-in məlumatına görə, Almaniya KİV-lərinə müsahibə verən Foqts yayılan xəbərə təəccübləndiyini bildirib.

"Əvvəlcədən heç nə demək olmaz, lakin mənim Azərbaycan yığması ilə ikiillik müqaviləm var. Hələlik bu müqavilədə heç bir dəyişiklik edilməyib", - o bildirib.

Qeyd edək ki, Berti Foqtsun Azərbaycan millisi ilə müqaviləsi 2013-cü ilin dekabr ayında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti