...

"Alman maşını" rəqib tanımır

İdman Materials 23 İyun 2012 01:45 (UTC +04:00)
Cümə günü futbol üzrə UEFA Avropa çempionatının ikinci 1/4 final görüşü keçirilib.
"Alman maşını" rəqib tanımır

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Cümə günü futbol üzrə UEFA Avropa çempionatının ikinci 1/4 final görüşü keçirilib.

Trend-in məlumatına görə, Almaniya millisi Yunanıstan yığmasını 4:2 hesabı ilə darmadağın edərək yarımfinala vəsiqə qazanıb.

Almanların heyətində qolları 39-cu dəqiqədə Lam, 61-ci dəqiqədə Hedira, 68-ci dəqiqədə Kloze və 74-cü dəqiqədə Roys vurublar.

Yunanların cavabı isə 55-ci dəqiqədə Samarasın qolu və 89-cu dəqiqədə Salpinqidisin reallaşdırdığı penaltidən ibarət olub.

Xəbər lenti

Xəbər lenti