...

Aliyə Qarayeva beşqat Azərbaycan çempionu oldu (FOTO)

İdman Materials 27 İyun 2012 20:58 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb.
Aliyə Qarayeva beşqat Azərbaycan çempionu oldu (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, Aliyə Qarayeva çoxnövçülükdə və proqramın digər dörd növündə (halqa, top, lent, gürz) ən yaxşı nəticə göstərərək çoxnövçülükdə beşqat ölkə çempionu olub.

Çoxnövçülükdə və proqramın digər dörd növündə gümüş medalı Lalə Yusifova, bürünc medalı isə Ayşə Mustafayeva qazanıb.

Gənclərin turnirində çoxnövçülükdə Nilufər Niftəliyeva birinci olub. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Mənsurə Bağıyeva və Gülsüm Şəfizadə tutublar.

Xəbər lenti

Xəbər lenti