...

Avroliqanın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb

İdman Materials 28 İyun 2012 14:39 (UTC +04:00)
Futbol üzrə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Avroliqanın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Futbol üzrə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Trend-in məlumatına görə, iyulun 5-də Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" - "Nomme Kalyu" matçının əsas fit sahibi sloveniyalı Mitya Jqaniç olacaq.

29 yaşlı referi UEFA hakimləri üçün təyin olunan 4-cü kateqoriyaya daxildir. Beynəlxalq karyerasında cəmi 3 qarşılaşma idarə edən Jqaniç 2 dəfə U-17 yığmalarının matçında hakimlik edib. Bundan başqa, Xorvatiya və İsveç millilərinin yoxlama oyununda da ədalət təmsilçisi olub. "Xəzər Lənkənar" - "Nomme Kalyu" oyunun referinin avrokuboklardakı debüt oyunu olacaq.

"Trans" - "İnter" matçı isə belçikalı Aleksandr Boukata tapşırılıb. 32 yaşlı referi UEFA-nın hakimlər üçün təyin etdiyi 3-cü kateqoriyaya daxildir. Jqaniç kimi o da avrokuboklarda debüt edəcək.

"Bakı" - "Mura" matçını isə ukraynalı referi Sergey Dankovski idarə edəcək.

Qeyd edək ki, bütün klublarımız ilk görüşünü iyulun 5-də keçirəcək. "Bakı" və "Xəzər Lənkəran" ilk oyunlarına doğma meydanda, "İnter" isə səfərdə çıxacaq.

Xəbər lenti

Xəbər lenti