...

Ramin Musayev: Premyer Liqada 7-8 klub çempionluq uğrunda mübarizə aparacaq

İdman Materials 1 Avqust 2012 17:14 (UTC +04:00)
Builki Azərbaycan çempionatı çox maraqlı, gərgin mübarizə şəraitində keçəcək. Bunu çərşənbə günü Trend-ə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.
Ramin Musayev: Premyer Liqada 7-8 klub çempionluq uğrunda mübarizə aparacaq

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 2012/2013-cü il futbol üzrə çempionatı çox maraqlı, gərgin mübarizə şəraitində keçəcək. Bunu çərşənbə günü Trend-ə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

"Bu il heç bir klubumuzun maliyyə problemi yoxdur. Əksinə, ötən ilə baxanda avqustun 4-də start veriləcək çempionatda daha çox transferlər həyata keçirilib, yeni oyunçular alınıb. Məhz bu səbəbdən bu il daha maraqlı və gərgin mübarizə görə bilərik", - o deyib.

Musayevin fikrincə, 7-8 klub çempionluq uğrunda mübarizə aparacaq.

Çempionatın hakimlərinə müraciət edən PFL prezidenti deyib ki, yaxşı hakimlik edənlər Premyer Liqada çalışacaq, hakimliyi bacarmayanlar oyunlara cəlb olunmayacaq.

"Hakimlər yay ərzində çox gözəl təlim-məşq keçiblər, fiziki durumları yüksək səviyyədədir", - o deyib.

Musayev gənc hakimlərin səviyyəsini də qənaətbəxş qiymətləndirdiyini deyib.

Xəbər lenti

Xəbər lenti